- Köhnə - Siyasət
- 11 Sentyabr 2014 15:32
- 3 474
Ermənistan Azərbaycanla sərhəddə müdafiə səddi tikəcək
Ermənistan hökuməti ölkənin Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Çinari kəndində müdafiə səddinin tikintisinə vəsait ayırıb.
AzNews.az-ın News.am-a istinadən verdiyi məlumata görə, bu barədə hökumətin bugünkü iclasında Baş nazirin müavini, ərazi idarəetmə naziri Armen Gevorkyan bildirib.
Onun sözlərinə görə, divar sərhədin müəyyən hissələrində çəkiləcək.
AzNews.az