Avropa İttifaqının liderləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə o ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə dair razılıq əldə edib. Avropa İttifaqının liderləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə o ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə dair razılıq əldə edib.

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqinə dair razılıq əldə edib

Avropa İttifaqının liderləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə o ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə dair razılıq əldə edib.



Avropa Şurasının prezidenti Herman Van Rompuy bildirib ki, sentyabrın axırınadək atəşkəslə bağlı araşdırmalardan sonra sanksiyalar dəyişdirilə və ya ləğv edilə bilər.

Rusiya isə Qərbin sanksiyalarına Avropa İttifaqı ölkələrinə bəzi mallarının ixracının dayandırılması ilə cavab veriləcəyini bildirir.

ABŞ prezidenti Barak Obama Avropa İttifaqının səylərinə qoşulduğunu deyib.

Prezident bildirib ki, Rusiyanın əməlləri qanunsuzdur və Amerika müttəfiqləri ilə bərabər Rusiyanın maliyyə, enerji və müdafiə sektorlarına qarşı sanksiyaların tətbiqinə hazırlaşırdı.

ABŞ dövlət başçısı Rusiya prezidenti Vladimir Putini Ukrayna və digər beynəlxalq tərəfdaşları ilə bərabər münaqişənin həllinə çağırıb ("Amerikanın səsi").


AzNews.az