- Köhnə - Siyasət
- 12 Sentyabr 2014 15:57
- 3 511
Novruz Məmmədov twitter-də İsveç nazirini “vurdu“ - Yenilənib
Prezident Adminstrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov prezident İlham Əliyevin son iki gün ərzində keçirdiyi görüşlər barədə öz fikirlərini bölüşüb.
AzNews.az xəbər verir ki, şöbə müdiri bu barədə özünün twitter səhifəsində məlumat yayıb: "Son 2 gündə prezident İlham Əliyev 2 ölkənin baş nazirini qəbul etdi. Biri qonşu Gürcüstan, digər isə məsafə baxımından çox uzaq Malayziyanın. Hər iki görüş çox mühüm hadisə idi. Malayziya Baş nazirinin səfəri isə sözün əsl mənasında tarixi səfər oldu".
Şöbə müdiri daha sonra Azərbaycan haqqında həmişə həqiqətə uyğun olmayan fikirlər söyləyən, ölkəmiz barədə mənfi imic formalaşdırmağa çalışan İsveçin Xarici İşlər Naziri Karl Bildt haqqında maraqlı məlumat paylaşıb və bunları qeyd edib: "Karl Bildtin keçmişdə "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlıydıq. Ona görə də deyirdik ki, görün kimlər haqqımızda fikir formalaşdırır. "Aftonbladet" qəzetinin məlumatlarından aydın olur ki, tənqid olunmamaq üçün Bildtlə "xüsusi əlaqələr" qurmaq lazım imiş".
Novruz Məmmədov bu twittlərindən sonra Karl Bildt haqqında məşhur "Aftonbladet" qəzetində yayılmış ifşaedici materialın linkini yayıb.
Qeyd edək ki, həmin yazıda nazir Karl Bildt korrupsiyada və Gürcüstanın keçmiş rəhbərliyinə lobbiçilik etməkdə ittiham edilir.
Jurnalistlər bunu sübut edəcək sənədlərə malik olduqlarını bildirirlər. Qeyd olunur ki, sənədlər Bildtlə əlaqəsi olar PR firmasının Saakaşvilinin Avropada imicini yaxşılaşdırmaq məqsədilə Gürcüstanın keçmiş hakimiyyətindən 3 milyon dollardan çox pul alması ilə bağlıdır.
17:18
***
"Aftonbladet" qəzetinin İsveçin xarici işlər naziri Karl Bildtlə bağlı dərc etdiyi məlumat ölkədə əsl şok effekti yaradıb.
Qəzet XİN rəhbərini korrupsiyada və Saakaşvili hökumətinə lobbiçilik etməkdə ittiham edib.
Jurnalistlər bunu sübut edəcək sənədlərə malik olduqlarını bildirirlər. Qeyd olunur ki, sənədlər Bildtlə əlaqəsi olar PR firmasının Saakaşvilinin Avropada imicini yaxşılaşdırmaq məqsədilə Gürcüstanın keçmiş hakimiyyətindən 3 milyon dollardan çox pul alması ilə bağlıdır.
Məqalədə qeyd olunur ki, Karl Bildt və Mixail Saakaşvilinin maliyyə əlaqələri barədə "Aftonbladet" hələ 2012-ci ildə yazmışdı. Lakin o zaman jurnalistlərin əlində yalnız mənbələrdən əldə etdikləri informasiyalar var idi. İndi isə nəşriyyat araşdırmasının ikinci hissəsini çap etdirib. Bdəfəki araşdırmada jurnalistlərin əlinə keçən " Saakaşvili hakimiyyətinin gizli sənədləri" istifadə olunub. Sənədlər guya onlara Mixail Saakaşvili adminstrasiyasının yüksək rütbəli məmurları tərəfindən ötürülüb. Həmin məmurlar 2008-ci ildəki "beşgünlük müharibədən" sonra müxalifət tərəfə- keçmiş baş nazir Zurab Noqaidel və konfliktlərin nizamasalınması üzrə keçmiş nazir Qeorqi Xaindravun tərəfinə keçiblər.
Məqalədə göstərilir ki, 2004-2006-cı illərdə İsveçin Kreab ( keçmiş tam adı Kreab Gavin Anderson) PR agentliyinin direktorlar şurasına rəhbərlik edən Karl Bildt o zamanki Gürcüstan prezidenti Mixail Saakaşvili ilə 3 milyon dollar dəyərində müqavilə bağlayıb. Razılaşmanın şərtlərinə uyğun olaraq, Kreab Gürcüstan hakimiyyətinə Avropa siyasətçiləri və KİV-lər ilə əlaqələrinin yaxşılaşdırılmasında kömək etməli olub. Kreabın Brüssel bürosunun başçısı Karl İsaksson Aftonbladet-ə Karl Bildtin o zaman həqiqətən "Gürcüstan hakimiyyəti ilə dostluq münasibətlərini dəstəklədiyini" təsdiqləyib.
İsveç XİN rəhbərinin mətbuat xidmətindən isə bildirilib ki, Karl Bildt artıq piarla məşğul olmur, lakin Saakaşvili ilə dostluq əlaqələrini də inkar etmir: "Gürcüstanla bağlı məsələlərlə Kreabda (red- Karl Bildtin 2004-2006-cı illərdə direktorlar şurasına rəhbərlik etdiyi PR şirkəti) cəmi 3-4 nəfər məşğul olurdu və bütün pullar onlar arasında bölünürdü. Məni təəccübləndirmir ki, niyə Bildt Saakaşvilinin maraqlarını belə müdafiə edirdi və avropalı deputatlar mənimlə söhbət zamanı tez-tez onu "Mişikonun Qərbdə ən yaxşı dostu" adlandırırdılar. Qəzet baş nazir postuna gəldikdən sonra Karl Bildtin PR şirkətindən getdiyini, lakin Saakaşviliyə dəstəyini davam etdirdiyini yazır. Nəşr Saakaşvilinin hakimiyyəti dövründə 11 dəfə Gürcüstana səfər edən baş nazirin prezident seçkilərində çoxsaylı qanun pozuntularına göz yumduğunu, eləcə də hakimiyyət dəyişikliyindən sonra M.Saakaşviliyə qarşı yeni hökumətin açdığı cinayət işində yenə də eks prezidentin yanında olduğunu xatırladır.
Aydan
AzNews.az