“May ayının 3-dən sonra Milli Şuradan çıxmaq haqqında partiyada hələlik heç bir müzakirə aparılmayıb”. “May ayının 3-dən sonra Milli Şuradan çıxmaq haqqında partiyada hələlik heç bir müzakirə aparılmayıb”.

KXCP-nin Milli Şuradan çıxması təsdiqlənir - Açıqlama

“May ayının 3-dən sonra Milli Şuradan çıxmaq haqqında partiyada hələlik heç bir müzakirə aparılmayıb”.



Bunu AzNews.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəsmisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, verdikləri təkliflərin heç birinin nəzərə olınmaması səbəbindən Milli Şuradan çıxmaq istəsələr də, qurum rəhbərliyi bunun qarşısını alıb: "Biz çıxmaq barədə çoxdan qərar vermişdik. Lakin həmin vaxt Milli Şura rəhbərliyi xahiş elədi ki, KXCP-nin getməsi qurumun ümumi işinin ziyanına ola bilər. Biz də bunu nəzərə alıb, məsələni dayandırdıq. Düşündük ki, Milli Şuranın növbəti sessiyalarında bizim təkliflərimizə diqqət yetirərlər, KXCP-yə sayğı göstərərlər. Sentyabrın 14-də Milli Şuranın sessiyasında isə biz bunu görmədik. Yenə də bir partiyanın üzvlərini Milli Şuraya gətirmək o deməkdir ki, bizi ayrılmaq barədə yenidən düşünməyə vadar edirlər. Bununla bağlı KXCP öz möveyini deyəcək".

KXCP rəsmisi hesab edir ki, Milli Şuranın bu şəkildə genişlənməsi böyük narazılıq yaradır: "Bu genişlənmə narazılıq yaratdı. Milli Şura genişlənərsə, o bir partiyanın xeyrinə ola bilməz. Kənar, bitərəf və siyas quruma aid olmayan insanlar çəmləşməli idi. Sentyabrın 14 olan genişlənmə deyil, bir partiyanın 3 quruma cevrilməsinə yönələn bir addımdır".

Qeyd edək ki, Milli Şura sentyabrın 14-də özünün növbəti sessiyasını keçirib. Ssesiyaya Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu qatılmayıb. Klassiklərin Milli Şuradan narazılığı Milli Şuraya üzv olanların arasında AXCP-in üstünlük təşkil etməsi və sədr Əli Kərimlinin mövqeyinin möhkəmlənməsidir.


Bahar Rüstəmli
AzNews.az