- Köhnə - Siyasət
- 16 Sentyabr 2014 18:09
- 2 907
Prezidentlər razılıq verdi
“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Parisdə görüşüb danışıqlar aparmağa artıq razılıq veriblər”.
"Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Parisdə görüşüb danışıqlar aparmağa artıq razılıq veriblər".AzNews.az-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.
Diplomatın sözlərinə görə, prezidentlərin görüşü oktyabrın ikinci yarısında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutacaq. Səfir qeyd edib ki, dövlət başçıları Qarabağ probleminin dinc yolla həlli məsələsini müzakirə edəcəklər və bu görüş prezidentlərin Uelsdəki görüşündən sonra çox əhəmiyyətli olacaq.
"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu problemin həlli üçün əlindən gələni edir. Fransa belə hesab edir ki, bu münaqişəni həll etməyin vaxtı çoxdan çatıb" - deyə P.Monye bildirib.
Maraqlıdır, F.Ollandın indiki vasitəçilik missiyası Fransanın sabiq prezidenti Jak Şirakın analoji təşəbbüsünün taleyini yaşamayacaq ki?!
Səfir P.Monye bu suala cavabında bildirdi ki, münaqişənin həlli prezidentlərin özündən asılıdır, vasitəçilərin vəzifəsi onlara bu işdə sadəcə kömək etməkdir.
"Prezidentlər Əliyevlə Sərkisyanın Parisdə görüşməyə razılıq verməsi faktının özü artıq böyük nailiyyətdir. Əsas məqsəd odur ki, tərəflər danışıqlarda uğur və nəticə əldə etmək yollarını tapmaq üçün görüşsünlər və bu problemin qarşılıqlı məqbul həll yolunu tapsınlar" - deyə səfir əlavə edib.
AzNews.az