Azərbaycan İslam partiyasının sədri Elçin Manafov Millət vəkili Cavanşir Paşazadənin yas mərasimlərinə qoyulan qadağalarla bağlı açıqlamasına münasibət bildirib. Azərbaycan İslam partiyasının sədri Elçin Manafov Millət vəkili Cavanşir Paşazadənin yas mərasimlərinə qoyulan qadağalarla bağlı açıqlamasına münasibət bildirib.

İslam partiyasından şeyxin qardaşına – DƏSTƏK

Azərbaycan İslam partiyasının sədri Elçin Manafov Millət vəkili Cavanşir Paşazadənin yas mərasimlərinə qoyulan qadağalarla bağlı açıqlamasına münasibət bildirib.


O, AzNews.az-a açıqlamasında C.Paşazadənin haqlı olduğunu deyib: "Millət vəkili Cavanşir Paşazadə haqlıdır. Ata-anasına, ailə üzvlərinə necə ehsan verilməsinə kim qarışa bilər? Dövlət istəyir ki, kasıblar xərcə düşməsin. Bu, yaxşı bir fikirdir, amma bunu güc yolu ilə deyil, təbliğatla həyata keçirmək lazımdır. Birinin imkanı varsa, ehsan verir və həmin məclisə yetim-yesiri dəvət edir. Mən adam tanıyıram ki, atasına verdiyi ehsanı uşaq evlərinə aparır. Bunun nəyi pisdir? Qanunlar vətəndaşların hüquqlarını qorumağa yönəlməlidir".

Bahar Rüstəmli
AzNews.az