Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında energetika sahəsində uzun illər səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirdi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrə Birləşmiş Ştatlar hökumətinin verdiyi dəstəyin önəmini qeyd etdi.

"Cənub" qaz dəhlizi layihəsinin böyük regional əhəmiyyət daşıdığını vurğulayan Amos Hokstayn layihənin təməlqoyma mərasimi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzNews.az