- Köhnə - Siyasət
- 22 Sentyabr 2014 14:51
- 4 096
Ermənistanda 40 ömürlük məhbus müddətsiz aclıq elan etdi
Ermənistanda 40 nəfər ömürlük məhbus müddətsiz aclıq elan edib.
Trend xəbər verir ki, bu barədə Ermənistanın "Tert.am" agentliyinə "Erməni günahsızlıq proqramı" təşkilatının sədri Zarui Meclumyan bildirib.
O, qeyd edib ki, məhkumlar öz etiraz aksiyaları ilə 2011-ci il mayın 25-də Ermənistan Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq həbs qətimkan tədbirinə yenidən baxılmasını istəyirlər: "Bu, iyulda elan edilən aclıq aksiyasının davamıdır. Həmin vaxt Ədliyyə Nazirliyi məhkumları bir ay ərzində zəruri addımların atılacağına inandırmışdı".
Xanım Z.Meclumyanın sözlərinə görə, o zaman danışıqlar aparıldıqdan sonra məhbuslar aclığı dayandırmışdılar.