- Köhnə - Siyasət
- 26 Sentyabr 2014 13:46
- 3 468
“Ermənistan dəllal rolunu oynayır” - Sabiq erməni nazir
“Qarabağ konfliktinin həll edilməsi məsələsində Ermənistan vicdanlı dəllal rolunu oynayır. Son söz Dağlıq Qarabağda olacaq”.
AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan məlumat verib.
O bildirib ki, hazırki vəziyyətdə söhbət referendumun prinsiplərindən, nəticələrinə hörmətlə yanaşmaqdan və referendum institunun böyük məna kəsb edəcəyindən gedir.
"Dağlıq Qarabağda yeni referendum keçiriləcəyini və ya əvvəlki referendumun nəticələrinin qəbul ediləcəyini biz bilmirik. Lakin bu məsələyə dair yekun qərarı Dağlıq Qarabaq verəcək. Bunun üçün danışıqlar aparılmalıdır . Yalnız bunun nəticəsində hər hansısa bir sənəd imzalana bilər. Ermənistan burada yalnız vicdanlı dəllal rolunu oynaya bilər. Biz Dağlıq Qarabağ əvəzinə hansısa qərarı qəbul edə bilmərik".
Aydan Axundova
AzNews.az