- Köhnə - Siyasət
- 29 Sentyabr 2014 10:24
- 3 588
Müsavatdan daha bir hay-küylü bəyanat
“Mən və mənim dostlarım Müsavat Partiyasında fəaliyyət göstərib-göstərməməyimiz barədə düşünürük”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanlığına namizəd olan Səxavət Əlisoy deyib. O vurğulayıb ki, hazırda bu barədə müzakirələr aparılır: "Biz hazırda düşünürük. Yaxın günlərdə necə bir addım atacağımızla bağlı bir qərar verəcəyik. Ümumiyyətlə, əgər partiyada fəaliyyət göstərəcəyiksə, necə edəcəyik? Bu sualların cavabı mətbuata geniş şəkildə veriləcək".
Xatırladaq ki, Səxavət Əlisoy seçki günü çıxışında öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb.
Bahar RÜSTƏMLİ
AzNews.az