- Köhnə - Siyasət
- 29 Sentyabr 2014 11:37
- 3 451
“Mən Qubad İbadoğlu qarşısında öhdəlik götürməmişəm“ - Hikmət Hacızadə
Müsavat Partiyasının son qurultayında yeni seçilmiş Məclis üzvü və seçkilərdə Qubad İbadoğlunu dəstəkləyən Hikmət Hacızadə seçkinin nəticələrini ədalətli hesab edir.
O, Aktual.az-a açıqlamasında deyib ki, seçkini yüksək qiymətləndirirəm və hesab edirəm ki, seçki ətrafında baş qaldıran narazılıqları həll etmək mümkündür:
"Bununla bağlı seçki komissiyasına və ya Müsavat Partiyasının Nəzarət-Təftiş komissiyasına müraciət etmək lazımdır. Onlar məsələni araşdırmalıdılar. Əgər müraciət obyektiv araşdırılmırsa, onda böyük etirazlar olmalıdır. Hələ ki, mən böyük faciə görmürəm və partiyada qalıb fəaliyyətimi davam etdirəcəm".
Hikmət Hacızadə, həmçinin, Qubad İbadoğlunun: " Mən və tərəfdarlarım Müsavatda heç bir seçkili orqanda təmsil olunmaq niyyətində deyilik" barədə fikirlərinə də münasibət bildirib:
" Qubad müəllimin seçkili orqanlardan özünün və tərəfdarlarının imtina etməsi barədə dediklərinə gəldikdə isə, elə bir öhdəlik götürməmişəm. Mən Məclis üzvlüyünə ərizəsi vermişəm və hər şey obyektiv olarsa, fəaliyyətimi davam etdirəcəm".