Fransa polisi erməni təxribatına qarşı tədbirlər görür

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərinə etiraz olaraq bu ölkədə yaşayan ermənilər sentyabrın 18-də aksiya keçirməyi planlaşdırır.

Həmçinin bu ölkədəki Azərbaycan icması da prezidentin səfəri ilə bağlı ermənilərin etiraz aksiyasına qarşılıq olaraq mitinq keçirməyi nəzərdə tutub. Fransa polisinin verdiyi məlumata görə, paytaxtda hər hansı təxrabat və qarşıdurmanın qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Ermənilərin aksiyası Fransadakı erməni təşkilatlarının koordinasiya şurası tərəfindən təşkil olunacaq. Digər şəhərlərdən ermənilərin aksiyaya gətirilməsi üçün nəqliyyat vasitələri də təşkil olunub.

E.Əlosmanqızı
AzNews.az