3 “ Super Kobra” vertolyotları artıq Türkiyədədir 3 “ Super Kobra” vertolyotları artıq Türkiyədədir

ABŞ Türkiyənin istəyini 22 il sonra reallaşdırdı

3 “ Super Kobra” vertolyotları artıq Türkiyədədir



Türkiyə ABŞ-dan istədiyini düz 22 il sonra ala bildi. Uzun illərdir Amerikadan AH-1W tipi "Super Kobra" hücum vertolyotlarını almaq üçün cəhdlər edən Türkiyə, nəhayət ki, istəyinə nail oldu. Dünən iki 3 "Super Kobra" hücum vertolyotu Türkiyəyə gətirilib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu vertalyotlar Turkiyənin PKK-ya qarşı mübarizə aparmaq imkanlarını olduqca artırır. İstənilən PKK düşərgələrini məhv etməyi asanlaşdıracaq.

Qeyd edək ki, ABŞ 1990-cı illərdən Türkiyənin istədiyi bu vertolyotları insan haqqlarının pozulmasını əsas gətirərək rəsmi Ankaraya satmağı rədd edirdi.

AH-1W tipi "Super Kobra" hücum vertolyotlarının 111 milyon dollar qiyməti var. Hücum vertolyotları yüksək manevr və döyüş qabiliyyətinə malikdir.

Ən maraqlısı isə odur ki, ABŞ ordu anbarlarından başqa bir ölkəyə silah verilməsi nadir hallarda görülən bir vəziyyətdir. Ancaq Türkiyənin öz torpaqlarında NATO çətiri altında ABŞ-ın Hava Hücumlarından Müdafiə Sisteminin qurulmasına razılıq verməsi, Vaşinqtonun "Super Kobra"ların Türkiyəyə satışını asanlaşdırdı.

Ədil Hüseynli
AzNews.az