Onu kirayədə yaşadığı mənzilin sahibi döyüb Onu kirayədə yaşadığı mənzilin sahibi döyüb

Bakıda “Harvard“ın direktoru döyüldü

Onu kirayədə yaşadığı mənzilin sahibi döyüb



Bakının Nəsimi rayonu ərazisində Amerikan məktəbinin direktoru döyülüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, həmin şəxs "American Harvard English School"un direktoru Stiven Guest Harolddur. Onu məktəbin yerləşdiyi- Nizami küçəsində kirayə dutduğu mənzilin sahibi Arif Hüseynov döyüb.

Zərərçəkmiş başına gələnlərlə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib. Araşdırma zamanı məlum olub ki, ev sahibi Arif Hüseynov bir neçə gün əvvəl məktəbin direktoruna mənzilin kirayə pulunu artırdığını deyib. S.Guest isə həmin məbləğin çox olduğunu əsas gətirərək, həmin evdən çıxacağını deyib və bunun üçün 10 gün vaxt istəyib.

Müddətin sonunda evdən çıxan zaman A.Hüseynov kirayənişininə evin təmirini xarab etdiyini, qapılara ziyan vurduğunu deyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb. Bu zaman A.Hüseynov direktora zərbələr endirib. Hətta zərbənin təsirindən yaşlı direktorun qulağındakı sırğa düşərək itib. A.Hüseynov bölməyə gətirilərək ifadəsi alınıb, faktla bağlı araşdırma aparılır.

AzNews.az