- Köhnə - Siyasət
- 10 Oktyabr 2012 05:51
- 5 440
Gülər Əhmədova özünü hələ də deputat hesab edir - Fotofakt
O, “Facebook” səhifəsindəki “vəzifəsini” hələ də dəyişilməyib
Elşad Abdullayevin yaydığı videomaterialdan sonra millət vəkili mandatına son qoyulan Gülər Əhmədova özünü yenə də deputat hesab edir. O çox aktiv şəkildə istifadə etdiyi "Facebook" səhifəsindəki "vəzifəsini" hələ dəyişilməyib. Belə ki, burada iş yeri olaraq Azərbaycan Respublikası Milli Məclisi göstərilir.
Xatırladaq ki, oktyabrın ayının 3-dən etibarən Gülər Əhmədova millət vəkili deyil. Həmin tarixdə Mərkəzi Seçki Komissiyasında Gülər Əhmədovanın deputatlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub.
Üstəlik ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Gülnar Ağayeva
AzNews.az