"Bu günlərdə Azərbaycana qarşı aparılacaq kampaniya ilə bağlı çox ilginc faktlar açıqlandı. Bir daha göründü ki, ölkəmizə qarşı məkirli siyasət yürüdülür. Biz media, vətəndaş cəmiyyəti olaraq, bu kampaniyanın qarşısını alacağıq". "Bu günlərdə Azərbaycana qarşı aparılacaq kampaniya ilə bağlı çox ilginc faktlar açıqlandı. Bir daha göründü ki, ölkəmizə qarşı məkirli siyasət yürüdülür. Biz media, vətəndaş cəmiyyəti olaraq, bu kampaniyanın qarşısını alacağıq".

“ABŞ Azərbaycanı itirməkdədir” – Qarayaxmalara qarşı konfrans

"Bu günlərdə Azərbaycana qarşı aparılacaq kampaniya ilə bağlı çox ilginc faktlar açıqlandı. Bir daha göründü ki, ölkəmizə qarşı məkirli siyasət yürüdülür. Biz media, vətəndaş cəmiyyəti olaraq, bu kampaniyanın qarşısını alacağıq".


AzNews.az xəbər verir ki, bunu "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının təşkilatçılığı ilə "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda keçirilən tədbirdə koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, hər dəfə Azərbaycanda hansısa əhəmiyyətli tədbir kecirilərkən belə qarayaxma kampaniyası aparılır: "Biz Azərbaycan cəmiyyəti olaraq buna qarşı mübarizə aparmalıyıq".

Çıxış edən millət vəkili Zahid Oruc isə deyib ki, bu kampaniyalarla əslində, daha böyük ziyanı ABŞ-ın özü çəkəcək: "Əslində Amerika Azərbaycan kimi bir müttəfiqini itirməkdədir. Bu ölkənin yürütdüyü siyasət bütün dünya dövlətlərini narahat etməyə başlayıb. Vaxtilə Ronald Reyqan qeyd edirdi ki, xüsusi xidmət orqanlarının fəaliyyəti ifşa olunub. Buna görə də o, başqa müstəqil qurumlar yaradıb bu işləri həmin qurumların üzərindən həyata keçirməyi təklif etdi. Bu gün NED kimi təşkilatlar birmənalı şəkildə Amerika siyasətini həyata kecirir".
image description image description image description image description