- Köhnə - Siyasət
- 11 Oktyabr 2012 08:52
- 7 448
Gülər Əhmədovanın oğlanlarına “povestka” gəldi - EKSKLÜZİV
Onların ölkəni tərk etdiyi xəbəri yayıldı
Gülər Əhmədova ətrafında cərəyan edən hadisələr fonunda yeni məlumatlar ortaya çıxıb. AzNews.az-a daxil olan məlumata görə, G.Əhmədovanın 2 oğlu hərbi xidmətdən yayındığına görə, onlara yenidən çağırış vərəqəsi göndərilib.
Nərimanov rayonu, Atatürk prospekti 41, mənzil 31 ünvanında yaşayan 1987-ci il Əhmədov Toğrul Fikrət oğlu və 1989-cu il təvəllüdlü Əhmədov Əkbər Fikrət oğlunun bu müddət ərzində hərbi xidmətdən yayındığı da daxil olan məlumatlar arasındadır. Belə ki, T.Əhmədova hələ 2003-cü ildə çağırış vərəqəsi göndərilsə də, bu müddət ərzində o, vətənə olan borcunu yerinə yetirməyib.
G.Əhmədovanın ikinci oğlu Əkbər Əhmədov Lomonosov adına Universitetdə təhsil alıb. AzNews.az-a daxil olan başqa məlumata görə isə, keçmiş millət vəkilinin övladları artıq Azərbaycanı tərk ediblər.
Elnarə Əlosmanqızı
AzNews.az