- Köhnə - Siyasət
- 14 May 2015 15:00
- 2 718
Arif Hacılı mətbuat konfransı keçirir: "İstefa xəbərləri yalandır" (Yenilənib)
Bu dəqiqələrdə Müsavat Partiyasının qərargahında başqan Arif Hacılı mətbuat konfransı keçirir.
AzNews.az xəbər verir ki, görüşdə ciddi siyasi islahatlara ehtiyac olduğunu deyən A.Hacılı iqtidar-müxalifət dialoqundan danışıb."Mən də Müsavat başqanı olaraq, dəvət olunmuşam. Təklif etdiyimiz 3 mövzunu qəbul etsələr, sabahkı dialoqda belə iştirak edərəm. Siyasi məhbuslar problemi həll olunmalıdır, hakimiyyət şərq tərəfdaşlığı sazişini imzalamalıdır, ölkədə siyasi islahatlara başlanmalıdır. Bunlar irəli sürdüyümüz məsələlərdir. Mətbuat, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır"-deyə vurğulayıb.
A.Hacılı bildirib ki, demokratik seçkinin baş tutması üçün ilk öncə şərait yaradılmalıdır. Başqan hesab edir ki, bu kimi məsələlərin müzakirəsinə hər zaman hazırdır.
(14:42)
***
"APA məlumat verib ki, guya 55 nəfər Xətaidən istefa verib. Araşdırdıq, tamam yanlış məlumatdır".
AzNews.az xəbər verir ki, bunu media nümayəndələri ilə görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı Xətai Rayon Təşkilatından 55 nəfərin istefa bəyanatına münasibətində deyib.
A.Hacılı onu da bildirib ki, həmin siyahıda yalnız 6-7 nəfər Müsavatla əlaqəsi olan insanın adı var: "Gedənlərə görə üzülürəm. Hesab edirəm ki, fədakarlıq hamıda eyni ola bilməz. Bəzi rayon təşkilatlarımızda problem var, yoluna yaxın vaxtlarda qoyulacaq".
Qeyd edək ki, bu gün Müsavat Partiyasının Xətai Rayon Təşkilatından 55 nəfərin istefa bəyanatı yayılıb. APA-nın məlumatına görə, istefa verənlər rəhbərliyin siyasi kursunu dəstəkləmədikləri üçün bu addımı atıblar.
AzNews.az