- Köhnə - Siyasət
- 1 Noyabr 2012 07:07
- 5 201
Rəsul Quliyev: “Əli Həsənovla heç vaxt görüşməmişəm”
“Moskvada olub- olmamağın nə əhəmiyyəti?”
Azərbaycanın sabiq spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla Moskvada görüşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Eks-spiker Modern.az-a açıqlamasında Əli Həsənovla heç vaxt görüşmədiyini bildirib. "Mən ümumiyyətlə, Əli Həsənovla heç vaxt görüşməmişəm" deyən R.Quliyev "bu yaxınlarda Moskvada olmusunuzmu?" sualına belə cavab verib: "Mən bir çox yerlərdə oluram. Məgər bu barədə hökmən məlumat verməliyəm. Və ya Rusiya ilə əlaqə yaratmaq üçün Moskvada olub-olmamağın nə əhəmiyyəti ola bilər ki, başa düşə bilmirəm...".
AzNews.az