Qəbula gəlmək istəyən vətəndaşlar oktyabr ayının 8-12-də elektron qeydiyyatdan keçə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar oktyabr ayının 8-12-də elektron qeydiyyatdan keçə bilərlər.
  • Toplum
  • 8 Oktyabr 2018 09:59
  •  4 217

Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Qəbula gəlmək istəyən vətəndaşlar oktyabr ayının 8-12-də elektron qeydiyyatdan keçə bilərlər.

Təhsil naziri Ceyhun Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul oktyabr 19-u saat 10:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzində olacaq.

Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar oktyabr ayının 8-12-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

© AzNews.az