- Toplum
- 7 Noyabr 2018 13:26
- 3 331
Nazirlik küçədən tapılan uşağa sahib çıxdı - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iki aydır küçələrdə yaşadığı deyilən uşağa sahib çıxıb.
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə fotosu yayılan, iki aydır küçələrdə qaldığı bildirilən uşaqla bağlı danışarkən deyib.
O, qeyd edib ki, bu gün Nazirlik əməkdaşları uşağı sosial sığınacağa yerləşdirəcəklər:
“Bu uşaq dəfələrlə evdən qaçıb. Artıq 4-cü dəfədir ki, bizim sığınacağa yerləşdirilib. Əqli cəhətdən problemləri var. Qaraçıdır, anasının adı Xalidədir və Yevlax rayonunda anadan olub. Bu müddətdə onun arxasınca heç kim gəlməyib. Sənədi də yoxdur. Bu üzdən də sorğu apara bilmirik. Uşaqla bağlı yayılan məlumatların əksəriyyəti həqiqəqti əks etdirmir. Yazırlar ki, uşaq küçədə yatır, atası dilənmədiyi üçün evdən qovub və s. Halbuki heç onun atası yoxdur. Uşağın dediklərində müəyyən qədər həqiqət də var. Bu qrupdan olan uşaqlar doğulanda dilənçiliklə formalaşırlar”.
Bahar RÜSTƏMLİ
AzNews.az