- Toplum
- 21 Noyabr 2018 15:27
- 3 412
Siqaret çəkənlər cərimələnəcək - VİDEO
“Hamı çəkir, mən də çəkirəm”
Ölkədə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul edilib. Qanunun qəbul edilməsi sosial obyektlərdə vəziyyəti müəyyən qədər dəyişdi, lakin dəyişiklik elə bununla da məhdudlaşdı. Digər ictimai yerlərdə, xüsusilə dayanacaqlarda yaşanan mənzərə dəyişməz olaraq qalır.
ARB TV mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Əgər bir nəfər siqaret çəkirsə, onun ətrafındakılar da passiv siqaret istifadəçisinə çevrilirlər. Siqaretin tüstüsü çəkəndən çox ətrafdakılara zərər verir.
Sakin: “Düz etmirlər, çəkib atırlar”.
Sakin: “Bura dayanacaqdır, biri o tərəfdə siqaret çəkir, zibil qutusunu alışdırır. Bu bizim mədəniyyətimizdir?”.
“İctimai yerlərdə siqaretin qadağan olunduğunu bilirsiniz?”.
Sakin: “Bilirəm”.
Bəs niyə çəkirsiniz?
Sakin: “Hamı çəkir, mən də çəkirəm”.
İctimai yerlərdə tütün məmulatlarının istifadəsini məhdudlaşdıran qanun var, müəyyən cərimələr də nəzərdə tutulur. Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək qurumun isə ilin sonunadək bəlli olacağı gözələnilir.
© AzNews.az