- Toplum
- 5 Yanvar 2019 16:41
- 4 496
Bakıda qanunsuz ət kəsilən yerlər açıqlandı
Bakıda qanunsuz ət kəsimi məntəqələrinin olduğu rayonlar açıqlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavb olaraq bildirilib ki, AQTA aidiyyəti qurumlarla birlikdə qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarət tədbirlərini gücləndirir:
“Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınmsı üçün qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib.
Qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb”.
Agentlikdən bildirilib ki, aparılan monitorinqlər və araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhəri üzrə gündəlik tələbat ümumilikdə altı min başa yaxın xırdabuynuzlu heyvandırsa, standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin gündəlik 12 min baş xırdabuynuzlu heyvan kəsimi imkanı var:
“AQTA əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır”.
AzNews.az