- Toplum
- 17 Yanvar 2019 10:32
- 2 838
Bakıda şimal-qərb küləyi saniyədə 30-35 metrədək şiddətlənib
Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.
Yanvarın 17-si saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyi arabir saniyədə 30-35 metrədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.
Məlumata görə, respublikanın əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcəyə bərabərdir.
© AzNews.az