- Toplum
- 19 Yanvar 2019 16:39
- 3 897
“Qaçqınkom”un 100 əməkdaşı hərbçilərə qan verdi
Dövlət komitəsinin 100 əməkdaşı hərbçilərə qan verib.
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ilk dəfə “Qanımız bir, canımız bir” adlı könüllü qanvermə aksiyası keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərin sağlamlığının qorunmasına kömək etməkdir.
Aksiyanı Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 20 həkimdən ibarət briqadası aparıb. Aksiya çərçivəsində könüllü donor kimi Dövlət Komitəsinin 100 nəfərə yaxın əməkdaşı qan verib.
Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.
AzNews.az