İl ərzində 6 qatar alınacaq İl ərzində 6 qatar alınacaq
  • Toplum
  • 1 Fevral 2019 09:50
  •  2 735

Sərnişinlərə şad xəbər - Yeni qatarlar gəlir

İl ərzində 6 qatar alınacaq

“Bakı Metropoliten”i il ərzində 6 qatar alacaq.

AzNews.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, hazırda istifadədə olan 6 qatarın istismar müddətini başa vurduğunu deyib:

“30 yeni, müasir, dövrün tələblərinə cavab verən vaqon və yaxud 6 qatar il ərzində alınacaq. Bu qatarlar istismar müddətini başa vuran 6 qatarın əvəzinə alınır”.

Bəxtiyar Məmmədov qeyd edib ki, yaxın gələcəkdə “Bakı metropoliten”i ilə bağlı bir neçə yeniliklər olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az