Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş 2 poçt şöbəsini istifadəyə verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş 2 poçt şöbəsini istifadəyə verib.
  • Toplum
  • 6 Fevral 2019 13:01
  •  5 366

Bakıda 2 poçt şöbəsi yenidənqurmadan sonra istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş 2 poçt şöbəsini istifadəyə verib.

İstiqlaliyyət küçəsi 53 və Səməd Vurğun küçəsi 145 ünvanlarında yerləşən 1 və 22 saylı poçt şöbələri “Azərpoçt” MMC-nin yeni brendinə uyğun olaraq dizayn edilib. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb.

Yenidənqurmadan sonra sözügedən poçt şöbələrində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər.

Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Bundan başqa, 22 saylı poçt şöbəsində həftənin 7 günü 24 saat ərzində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirtmək imkanı yaradılıb.

Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 63 Poçt filialı, 7 Rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur.

AzNews.az

image description image description