- Toplum
- 15 Fevral 2019 16:22
- 4 371
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Qəbul imtahanının 1-ci mərhələsi fevralın 24-də keçiriləcək.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 1-ci mərhələsi fevralın 24-də keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.
İmtahanda iştirak etmək istəyən namizəd şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.
AzNews.az