- Toplum
- 2 Aprel 2019 17:06
- 3 943
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu il fevral 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 9 milyon 988 min 437 nəfərə çataraq ilin əvvəlindən 6980 nəfər və ya 0,1 faiz artıb.
Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Yanvarda ölkədə 5432 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5 təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, yanvarda Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 141 nəfər gələn, ölkədən isə 98 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 43 nəfər təşkil edib. Həmçinin yanvarda 12 min 369 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Körpələrin 298-i əkiz, 9-u isə üçəmdir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 4422 nikah və 1428 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3, boşanmaların sayı isə 1,7-yə bərabər olub.
AzNews.az