6 aydan kiçik uşaqlara həkim məsləhəti ilə kremlər istifadə etmək daha düzgündür 6 aydan kiçik uşaqlara həkim məsləhəti ilə kremlər istifadə etmək daha düzgündür
  • Toplum
  • 13 İyul 2019 11:42
  •  3 169

Uşaqları günəşin zərərlərindən qoruyacaq 5 üsul

6 aydan kiçik uşaqlara həkim məsləhəti ilə kremlər istifadə etmək daha düzgündür

Günəş şüaları sağlamlıq üçün faydalı olan D vitamininə görə vacibdir. Ancaq günəşin eyni zamanda bir çox sağlamlıq riski də var. Əsasən də uşaqlar üçün. Bəs uşaqları günəşin zərərlərindən necə qoruyaq?

AzNews.az bu problemlə bağlı sizə bir neçə faydalı məsləhət araşdırıb:

1.Kölgədə qalın

Günəş şüalarının ən ziyanlı olduğu zaman günortadır. Özəlliklə bu saatlarda uşaqların qapalı yerlərdə olmasına diqqət yetirilməlidir.

2. Papaq (şapka) taxın

Başı, üzü, qulaqları və boynu kölgədə saxlayan bir şapka yaxşı qorunma vasitəsi ola bilər.

3. Günəşə görə geyinin

Uzun qollu t-shirtlər, nazik şalvarlar da günəş şüalarından qorunmağınıza yardım edəcək.

4. Günəş kremləri istifadə edin

Uşağınızın hər bayıra çıxdığında mütləq şəkildə günəşdən qorunma kremi istifadə edin. 6 aydan kiçik uşaqlara həkim məsləhəti ilə kremlər istifadə etmək daha düzgündür.

5. Gün eynəyi istifadə edin

Günəşin zərərli işıqlarının 100 faiz qarşısını alan vasitələrdən biri gün eynəkləridir. Əks təqdirdə zərərli günəş şüaları gözünüzdə katarakta yaranmasına səbəb ola bilər.

Səidə Vahid

AzNews.az