- Toplum
- 30 İyul 2019 15:31
- 5 486
Bulqur haqda bilmədiklərimiz - diet uzmanının tövsiyəsi
Günlük su ehtiyacını da artırdığından bol su içilməsinə səbəb olur
Hamı tərəfindən sağlamlığa xeyirli, arıqlamağımıza yardım edən bir qida kimi bilinən bulqur haqda bilmədiyimiz məqamlar da var.
Məşhur türk qidalanma və diet uzmanı Seda Dursun bulqurun inanılmaz faydalarını açıqlayıb.
AzNews.az Türkiyə mətbuatına istinadən həmin açıqlamanı təqdim edir:
Karbonhidrat qrupunda yer alan bulqur, tərkibindəki lif, vitaminlər və minerallar sayəsində ən yaxşı bəsləyici qida maddələrinin başında gəlir.
Bulqurun makaron və düyüyə nisbətən karbonhidrat dəyəri aşağı, protein dəyəri isə çox yüksəkdir.
Bulqurda yer alan liflər qan şəkərini kontrol edərək xolesterolu aşağı salır. Bulqurun faydaları bunlarla sonlanmır. Bundan əlavə B1, B6 vitaminləri və niasinlə də zəngin bir qidadır.
Məcüzəvi qida bulqur, yüksək miqdarda lif sayəsində düyü və makarona görə uzun müddət tox tutur. Pəhrizdəki toplam yağ və xolesterol alınmasını aşağı salaraq, daha uzun müddət doyumluluq hissi verir.
Həmçinin günlük su ehtiyacını da artırdığından bol su içilməsinə səbəb olur.
Maddələr mübadiləsinə olan təsirləri də hər kəsə məlum olan bulqur qəbzliyinin də qarşısını alır. Çünki tərkibindəki mineral və vitaminlər sayəsində bağırsaqların düzənli çalışmasını nizamlayır.
Səidə Vahid
AzNews.az