Tədbirdə 27 ölkədən 45 nümayəndə iştirak edib Tədbirdə 27 ölkədən 45 nümayəndə iştirak edib
  • Toplum
  • 9 Sentyabr 2019 13:35
  •  4 660

AQTA əməkdaşları Moldovada keçirilən beynəlxalq tədbirdə iştirak etdilər

Tədbirdə 27 ölkədən 45 nümayəndə iştirak edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Moldovanın Kişnyov şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasnda iştirak edib.

AQTA-dan verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının dəstəyi ilə baş tutan tədbirdə ümumilikdə 27 ölkədən 45 nümayəndə iştirak edib.

Tədbirdə iştirakçı ölkələrin hər biri üzrə milli bitki mühafizəsi təşkilatlarının vəzifə öhdəlikləri və səlahiyyətləri, fitosanitar vəziyyəti, beynəlxalq daşımalar zamanı fitosanitar tələblərə əməl olunması, fitosanitar tədbirlər üzrə 5, 8, 15, 38, 42 nömrəli beynəlxalq standartların müasir tələblərə uyğunlaşdırılması, yeni standartların və metodikaların hazırlanması məsələləri müzakirə olunub

İclasın sonunda növbəti regional tədbirin 2020-ci ilin 1-5 sentyabr tarixlərində Bakıda keçirilməsi qərara alınıb.

AzNews.az