486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib 486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib
  • Toplum
  • 5 May 2020 15:08
  •  1 680

486 sürücü karantin qaydalarını pozub

486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib

Dövlət Yol Polisi İdarəsi dünən karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.

AzNews.az-ın verdiyi xəbərə görə, xüsusi karantin rejiminin pozulmasına görə 4 may saat 00:00-dan mayın 5-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.