- Toplum
- 20 İyun 2020 20:08
- 2 464
Azərbaycana yay gəlir
Həmin gün ən uzun gündüz və ən qısa gecə olur
Bu il yay fəsli Azərbaycana iyunun 21-i saat 01:43:42-də daxil olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzNews.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək (Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur).
Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.