Polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb Polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb
  • Toplum
  • 28 İyul 2020 12:00
  •  7 425

Nazir kadr dəyişiklikləri üçün əmr imzaladı

Polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində bir sıra kadr dəyişiklikləri olub.

Məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri imzalayıb.

Əmrə əsasən, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb.

Nazirin digər əmri ilə, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi, polkovnik Vəliyev Sahib Əlisahib oğlu vəzifəsindən azad edilərək, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri vəzifəsinə təyin olunub.

Bununla belə, Nəsimi Rayon Mühafizə İdarəsi rəisi, polkovnik Bəşirov Elçin Tahir oğlu vəzifəsindən azad olunaraq, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi təyin edilib.

Nəsimi Rayon Mühafizə İdarəsi rəisi vəzifəsinə isə polis mayoru Məmməd Məmmədov təyin olunub.

AzNews.az