- Toplum
- 6 Dekabr 2020 13:11
- 4 660
Amin ailəsinə məktub göndərdi - Foto
Sözügedən məktub sosial şəbəkələrdə paylaşılıb
II Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən Amin Musayev ailəsinə məktub göndərib.
AzNews.az xəbər verir ki, sözügedən məktub sosial şəbəkələrdə paylaşılıb.
Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib: "Salam, ana necəsən? mən yaxşıyam, məndən narahat olma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hər kəsə məndən salam deyin. Ana sən özünə yaxşı bax. İnşallah, səni gələndə möhkəm görüm. Səni çox sevirəm, ana".
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.