Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında deyilir Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında deyilir
  • Toplum
  • 18 Dekabr 2020 20:07
  •  5 974

Azərbaycan-Rusiya sərhədi martın 1-dək bağlı qalacaq

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında deyilir

Azərbaycanda və Rusiyada koronavirusa yoluxanların sayında artım səbəbindən Azərbaycan–Rusiya quru dövlət sərhədi 2021-ci il martın 1-dək bağlı qalacaq.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında deyilir.

“Həm Rusiyada, həm də Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizin daxilində sərt karantin tədbirlərinin görülməsi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşlar üçün 2021-ci il martın 1-nə qədər bağlı olacaq”, - deyə səfirliyin məlumatında deyilir.