- Toplum
- 21 Dekabr 2020 09:17
- 4 940
İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2021-ci il 31 yanvar saat 06:00-dək dayandırılıb
Dekabrın 19-u saat 00:00-dan bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət bu gün saat 06:00-dan etibarən aradan qaldırılıb.
AzNews.az xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 14 dekabr saat 00:00-dan 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2021-ci il 31 yanvar saat 06:00-dək dayandırılıb.