- Toplum
- 27 Dekabr 2020 14:48
- 3 883
Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan öldü
Bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb
Vəkillər Kollegiyasının daha bir üzvü - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.
AzNews.az bildirir ki, bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb.
“Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - paylaşımda deyilir.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!