• Toplum
  • 27 İyun 18:32
  •  2 672

"Taksi tapmaq mürəkkəb bir vəziyyətə çevrilib” - EKSPERT

“Bu vəziyyət, iyulun 1-dən əvvəl də belədir. Dramatik bir vəziyyət yaranmayacaq. Biz onu tədricən müşahidə edirik. Misal üçün, hazırda taksi xidmətindən istifadə edən şəxslər əvvəl 2-3 manata getdikləri qısa məsafəyə 5-6 manat ödəməli olurlar. Qiymətlər bahalaşıb. İkincisi isə əvvəl sifarişi verən kimi üstündən 2-3 dəqiqə sonra taksi gəlirdisə, indi taksini bəzən 10 dəqiqələrlə gözləyirsən. Taksi tapmaq mürəkkəb bir vəziyyətə çevrilib”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, tətbiq edilən qaydaya uyğun olaraq, həmçinin qaydalar sərtləşdiyinə görə lisenziya alacaq taksilərin sayı həddən artıq azalacağına, taksilərin isə xərcinin artacağına görə belə bir hal müşahidə ediləcək.

“Çünki video registr, POS-terminal kimi tələblər var. Bu tələblər özü taksidə istifadə olunan avtomobillərin qiymətini də artırır. Yeni avtomobillər alınır və daha. İlə, günə düşən xərci çıxarmaq üçün sənin xərcini artırır. Bir tərəfdən də həm şəffaflaşma, nəzarətlə bağlı tədbirlər ona gətirib çıxarır ki, xərclər də artır, taksi sayı da azalır. Bu taksi qiymətini birmənalı olaraq bundan sonra da artıracaq. Eyni zamanda, xidmət göstərən taksi sayının azalması da vətəndaşların taksi gözləmə müddətinin artmasına səbəb olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA