- Toplum
- 29 İyun 18:03
- 3 019
Dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
![](https://www.aznews.az/storage/2024/06/29/5cbb839194d4a_yagis.jpg)
İyunun 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətimdən verilən xəbərə görə, bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.
iyunun 29-u saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.
Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.
Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 01-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.