• Toplum
  • 1 İyul 14:46
  •  2 891

"Köklü türk xalqlarında heç vaxt qohum evliliyi olmayıb" -HÜQUQŞÜNAS

“Əmi, xala, bibi və dayı uşaqlarının evliliyinin qadağan edilməsi ilə bağlı dəyişiklik parlamentdə üçüncü oxunuşda təsdiqlənib”.

“Əmi, xala, bibi və dayı uşaqları arasında evlilik ümumiyyətlə olmamalı idi. Qohumlar arasında nikah mədəniyyəti bizə ərəblərdən keçən bir mədəniyyətdir. Köklü türk xalqlarında heç vaxt qohum evliliyi olmayıb”.

Bunu AzNews.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.

Hüquqşünas qeyd edib ki, nişanlı olanlara gəldikdə isə qanunvericilikdə nişan deyilən bir məfhum yoxdur.

“Hesab edirəm ki, hər hansı bir güzəştin olmasına yanaşmağın özü belə doğru deyil. Əgər nişan məfhumu qanunvericilikdə olarsa, həddən artıq sui-istifadə halları da baş verə bilər. Buna görə də qanunun qəbul olunması ilə, nəticə olaraq hər hansı bir qohum evliliyindən söhbət gedə bilməz”.

Rəfiqə NAMAZƏLİYEVA