• Toplum
  • 4 İyul 11:36
  •  2 265

Beynəlxalq təşkilatlar Ermənistanın müharibə cinayətlərinə hüquqi qiymət verməlidir - Ombudsman

2017-ci il 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı Ermənistan hərbi birləşmələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetiriliblər.

Aznews.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının sosial media paylaşımdan qeyd edilib.

"Beynəlxalq təşkilatlar Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərinə hüquqi qiymət verməli, sülhə, insan hüquqlarına, o cümlədən uşaq hüquqlarına təhdidlərinin qarşısının alınması ilə bağlı tədbirlər görməlidir", - deyə əlavə edilib.