• Toplum
  • 5 İyul 18:29
  •  3 399

Azərbaycanda məktəblər rəqəmsal dərsliyə keçir?

Hazırda dünyanın bir çox ölkəsində məktəblərdə rəqəmsal dərsliyə tam keçid edilib. Müxtəlif fənn kitablarının ağırlığından başqa, bu keçid şagirdlərin yeni rəqəmsal dünyaya uyğunlaşması və hazırlanması üçün bir addımdır.

Bəs Azərbaycanda rəqəmsal dərsliyə tam keçid nə dərəcədə mümkündür?

Rəqəmsal dərsliyə keçidlə bağlı Elm və təhsil nazirliyindən bildirilib ki, E-dərslik portalı 2014-cü ildən istifadədədir. https://www.e-derslik.edu.az/portal/. Müəllimlər üçün metodiki vəsaitlər artıq 2 ildir ki, yalnız rəqəmsal formatda hazırlanır (onların kağız versiyası çap edilmir).

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, elektron dərsliklər sırf kağız formatında olan dərsliyin elektron formaya çevrilməsi ilə məhdudlaşmamalıdır. Orada əlavə resurlarla dəstəklənməlidir.

"Azərbaycanda pandemiya dövründə məcburən dərsliklər sistemi formalaşdırıldı. Kağız formatında dərsliklər onlayn formata çevrildi. Buarda təbii ki, kağız dərsliklərin çağı müəyyən qədər ekoloji problem yaradır. Amma bütün dərsliklərin rəqəmsal olması uyğun olmaya bilər. Qərbdə bir çox məktəblərdə dərs sinifdə öyrənilir, yəni ev tapşırığı olmur. Onlayn resurslar da bu nöqtədə onların işinə yarıyır. Rəqəmsal dərslikdə müxtəlif izahlar, interaktiv metodlar yer almalıdır. Tədricən müəyyən dərslər elektron formata çevrilə bilər", - deyə o bildirib.