• Toplum
  • 15 İyul 19:01
  •  2 925

Baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xəstəxanaya yerləşdirilib

Bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib. O qeyd edib ki, dərhal ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər:

"Ana və körpəsi polis, həmçinin digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır".