• Toplum
  • 16 İyul 13:04
  •  2 695

Allahşükür Paşazadə: İnsanların özlərinə zərər vermələri qəbuledilməzdir

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Aşura mərasimlərində qan çıxartmanın, insanın özünə zərər vermənin qəbuledilməz olduğunu deyib.

AzNews.az xəbər verir ki, QMİ-nin təşkil etdiyi qanvermə aksiyası zamanı jurnalistlərə danışan A.Paşazadə bildirib ki, insanlar ibadətlərini bu cür etməli deyillər:

"Belə mərasimlərdə qan çıxartmaq, özünə zərər vermək qəbuledilməzdir. İnsanlar ibadətlərini bu cür etməli deyillər",-deyə A.Paşazadə vurğulayıb.

O bildirib ki, bu cür ayinlərin yerinə qanvermə aksiyalarında fəallıq göstərmək daha məqsədəuyğundur: "Ölkəmizdə qanvermə aksiyaları keçirilir. Mən insanları belə əməllərə dəvət edirəm".