• Toplum
  • 27 İyul 19:41
  •  6 041

Neft Daşlarında dalğanın hündürlüyü 3.7 metrə çatıb

İyulun 27-si saat 17:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Aznews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə,Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrdir.