• Toplum
  • 16 Avqust 19:58
  •  7 296

DİN: "Sədərək" ticarət mərkəzində bir qrup şəxsin girov götürülməsi ilə bağlı iddialar əsassızdır

Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Aznews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı deyib.

"Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.
Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır", - deyə o bildirib.

Qeyd edək ki, sosial media platformalarında yayılan videoda vətəndaş ailə üzvlərinin "Sədərək" ticarət mərkəzinin rəhbərliyi tərəfindən girov götürüldüyünü iddia edib.