• Toplum
  • 23 Avqust 22:58
  •  6 529

Sabahdan Bakıda su əvvəlki kimi gələcək

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması müvəffəqiyyətlə başa çatdırılır.

Xidmətdən APA-ya verilən məlumata görə avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.