• Toplum
  • 25 Avqust 14:10
  •  3 251

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində 10 km-dən artıq velisoped yolu salınıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, velosiped yolu şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

“Artıq ilk velosiped kirayəsi xidməti – “bike-sharing” işə başlayıb. Bu səmərəli fəaliyyətin iştirakçılarına uğurlar arzu edirik”, - R.Nəbiyev qeyd edib.

image description image description